Bank kartını oğurlayıb, hesabdakı pulu nağlaşdıran şəxslər saxlanıldılar

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aprelin 26-da M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibəsinə məxsus bank kartının oğurlanması və hesabındakı 1200 manatın çıxarılaraq oğurlanması barədə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Quliyev və Murad Həmidov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button