Baş Prokurorluğun 2 idarəsində yeni təyinatlar
![](/wp-content/uploads/2020/05/BAş-Prokuror-780x470.jpg)
Baş Prokurorluqda yeni təyinatlar olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş prokurorun imzaladığı əmrlərlə Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin edilib.