Baş Prokurorluq “İnstagram”da sualları cavablandıracaq

Xəbər verildiyi kimi, avqustun 21-də Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. 

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində avqustun 28-i saat 09:00-dan 13:00-dək keçiriləcək: “Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr”.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button