Baş Prokurorluq Operativ Qərargahın tələblərinə əməl olunması məsələsini müzakirə edib

2021-ci ilin I yarımilində koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar prokurorluq orqanları tərəfindən yerli polis, digər hüquq mühafizə, icra orqanları və tibb müəssisələri ilə əlaqəli surətdə tədbirlər həyata keçirilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində hesabat dövründə əhalinin peyvəndlənməsinin aparılması, eləcə də toy-nişan şənliklərinin keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunması, əhalinin sanitariya-epidemioloji salamatlığının qorunmasının hüquqi vasitələrlə təmini sahələrində prokuror nəzarəti tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Hamısını Göstər

Related Articles

Back to top button