Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib

Azərbaycan Respublikasının prokurorluq orqanları ötən gün şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

Başsağlığı mətnində deyilir:

“Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbir diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close