Baş Prokurorluqla ilk dəfə sual-cavab sessiyası keçirildi

Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 107 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib. Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcək.

Mənbə
qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close