Baş prokurorun birinci müavinindən helikopter qəzası ilə bağlı açıqlama

“Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb”.

Bunu Baku TV-yə açıqlamasında baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

O qeyd edib ki, şahidlərin dindirilməsi davam etdirilir:

“Eyni zamanda meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”. 

E.Məmmədov əlavə edib ki, ilkin məlumat kimi heç bir fikir bildirmək olmaz:

“İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close