Bayden son anda ailə üzvlərini əfv etdi

Co Bayden prezidentliyinin son saatlarında ailəsinin bir neçə üzvünü qabaqcadan əfv edib.

Polise.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.

Bayden qardaşı Ceyms və onun yoldaşı Saranı, bacısı Valeri və onun yoldaşı Con T. Ouensi, eləcə də qardaşı Frensisi əfv edib.

“Mənim ailəm davamlı hücumlara və təhdidlərə məruz qalır, bu, sırf mənə zərər vermək istəyi ilə əsaslandırılır. Təəssüf ki, bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur”, – Bayden deyib.

Bu qərara əsasən, bundan sonra Baydenin ailə üzvlərinə cinayət işi açıla bilməz.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button