Bayden Ukraynaya səfər edib
ABŞ Prezidenti Co Bayden Kiyevə qabaqcadan elan edilməmiş səfər edib. Bu, Amerika liderinin bu postda Ukraynaya ilk səfəridir. Polise.az xəbər verir ki, Amerika lideri Prezident Volodimir Zelenski ilə birgə Ukrayna qəhrəmanlarının xatirəsini Mixaylovsk meydanında yad edib. Mərasim sirena sədaları altında keçib.
Ukrayna Prezidenti Volodimir Zelenski özünün tviter səhifəsində yazıb: “Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz bütün ukraynalılar üçün dəstəyin çox mühüm ifadəsidir”.
Prezident Bayden də tviter səhifəsində özünün Kiyevə səfəri barədə bu sözləri yazıb: “Mən Prezident Zelenski ilə görüşmək, demokratiyaya, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə möhkəm sədaqətimizi təsdiqləmək üçün bu gün Kiyevdəyəm”