Baydenin həkimi Amerika liderinin vəziyyətinin yaxşılaşdığını bildirib
Koronavirusa yoluxan ABŞ prezidenti Cozef Baydenin vəziyyəti durmadan yaxşılaşır.
Polise.az-ın məlumatına görə, bu barədə Amerika liderini müalicə edən həkim Kevin O’Konnor açıqlamasında bildirib.
“Prezidentin müalicəsi yaxşı istiqamətdə davam edir və “Paxlovid”i planlaşdırıldığı kimi qəbul edəcək. Hələ də öskürək var, lakin Amerika liderinin nəbzi, qan təzyiqi, bədən istiliyi və nəfəsi normaldır. O, prezidentin bütün vəzifələrini yerinə yetirməkdə davam edir”, – bəyanatda deyilir.
Polise.az