Bayramovla üzbəüz danışığımız olacaq – Erməni nazir

Ermənistan xarici işlər naziri Ara Ayvazyan aprelin 1-də Moskvaya səfər edəcək.

Bunu Ayvazyan parlamentdə çıxışı zamanı deyib. O, Moksvada MDB xarici işlər nazirlərinin iclasında iştirak edəcəyini bildirib.

Ayvazyan Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşün hazırda planlaşdırılmadığını, lakin MDB görüşü çərçivəsində onunla kontaktının olacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun MDB-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirəcəyi bildirilmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button