Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada nümayəndəlik açacaq

Ukrayna ilə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu ölkədə nümayəndəliyin açılması ilə bağlı müqavilə imzalayıb.

Polise.az  xəbər verir ki, bu barədə BCM-nin saytında məlumat yer alıb.

“Əməkdaşlığa, dəstəyə və yardıma görə Ukrayna hökumətinə minnətdarıq. Gələcək əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik”, – Beynəlxalq Cinayət Məhkəməsinin katibi Piter Lyuis bildirib.

Ukraynanın Baş prokuroru Andrey Kostin isə deyib ki, ölkəsi siyasi və ya hərbi mövqeyindən asılı olmayaraq, Ukraynada törədilmiş beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyanların hər biri məsuliyyətə cəlb olunmayana qədər dayanmayacaq.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button