Beynəlxalq səyahətçilər Azıx mağarasında- FOTOLAR

İşğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq səyahətçilər Xocavənddə dünyanın qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlara Azıx mağarasının tarixi və coğrafi mövqeyi barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir. Xarici səyahətçilər qrupu üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcək.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button