Biləsuvarda polis ictimai nəqliyyatda reyd keçirib

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də karantin rejimi zmanı müəyyən edilmiş normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “polise.az”a verilən məlumata görə, Biləsuvar rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatdan istifadə edən sakinlərə tibbi maskalar paylanıb. Reyd zamanı həmçinin, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara rəğmən qaydaları pozan sürücülər barəsində müvafiq qaydada protokollar tərtib edilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button