“Bir kəmər, bir yol” layihəsində Türkiyəyə verilən baş rol: Türkiyənin Çinlə birgə hərəkəti Qərbə nə vəd edir?

Dünyanı böyük bir mavi top kimi görən ağıl, burada mövcud olan hər bir dövlətə öz vacibliyi qədər rol verər. Rollar paylanan zaman lider olaraq önə çıxanlar böyük, lider ola bilməyənlər isə bu roldan kiçik pay alarlar. İkinci Dünya Müharibəsindən sonra Türkiyə kommunizmlə mübarizədə üzərinə çox böyük vəzifə götürdü. Qarşılığında verilən “hədiyyə” isə maliyyə əməliyyatları ilə çökdürülmə və terror oldu.

Biz zəif idik, onlar da həm göstəriş verir, həm də bizi incidirdilər. Elə bir münasibət yaşayırdıq ki, bunu izah etmək çox çətindir. 99%-i müsəlman olan bir ölkəyə kommunizm gələ bilməzdi, amma biz gəlməsi üçün can-başla çalışırdıq –  hər kəs, hər bir qurum bunun üçün çalışırdı.

Nə isə, bu balans kobud formada 2013-cü ildə sona çatdı. Yaşanılan 17-25 dekabr hadisələri dünyada da böyük ortaqlığın bitdiyinin göstəricisi idi. Bitdi, ancaq yerinə yenisi gətirilmədi. İndi isə sual yaranır ki, köhnə sistem bitdisə, yerinə nə gələcək? Ölkəmizi necə bir gələcək gözləyir? Üzərində müzakirə aparılmalı mövzu da budur.

Yeni sistemin qurulmayacağının ən bariz nümunəsi ABŞ daxilində yaşanan gərginlik və mübarizədir. Fikir verin, Tramp ilə Bayden sanki bir-biri ilə düşməndir. Əvvəllər heç vaxt rastlaşmadığımız bölünmələr, çatlar, qarşıdurmalar yaşanır. İşin qəribə tərəfi isə budur ki, eyni mənzərə bir çox paytaxt şəhərlərdə də baş verir. Yaxın zamanlarda olan hadisələrə nəzər salaq. Ağılda qalan, qalmalı olan iki hadisəni xatırlayıram – biri dəfələrlə yazdığım “Der Spiegel”in  üzərində Tramp-Ərdoğan-Putin-Cinpinqin şəkli olan üz qabığı, digəri İpək yolu.

ABŞ-da “bir olaq” deyənlərlə “1-dən çox nöqtədə dünyanı idarə edək” deyənlər arasında bir mübarizə var. “Der Spiegel”in örtüyü bunun bir işarəsidir. Türkiyə 1950-ci ildən bəri Qərbin içindədir. Alternativi də yox idi. İndi isə ortada bir Çin həqiqəti var. Çin artıq böyüyüb, inkişaf edib, regionda və dünyada söz sahibinə çevrilib. Bundan da ən çox narahat olanların başında ABŞ-ın daxilindəkilər gəlir. Zirvədə gedən mübarizə də budur. ABŞ və ABŞ-a ruhunu verən ailələrlə Çinə həyat verən ailələr arasında mübarizə gedir.

Türkiyə öz münasibətini çox da bəlli etməsə də, artıq yeni bir dünya qurulur. Türkiyə orda öz yerini tutar düşüncəsi ilə həmişə Çinə yaxın dayandı. İpək Yolu gerçəyini ən yaxşı bilən Türkiyə idi. Bundan narahat olanlar da bəlli idi, daha saymağa ehtiyac yoxdur. Türkiyə “Bir kəmər, bir yol” (Belt and Road) layihəsinin mərkəzi bazası olacaq.

65 ölkəni özündə birləşdirən və əsrin layihəsi hesab olunan İpək Yolu üçün Türkiyə vazkeçilməzlərdəndir. İpək Yolu layihəsinin mərkəzində olan Pekinə görə, Türkiyə Çinlə ortaqlığı tam təmin edə bilsə, dünyanın ən əhəmiyyətli logistika mərkəzlərindən biri olacaq. 

İpək Yolu layihəsinin tam başa çatması üçün işin içində Türkiyənin olması mütləq idi. Buna görə oyunu görə bilən Ankara nəqliyyat yeniliklərini başladı və tamamladı. Türkiyə böyük balansda kimin qazanacağını düşünmədən, tarixi addımlar atdı və İpək Yolu üçün əvəzsiz oldu. Səbəb nə idi? Mərmərə tuneli inşa edildi.  Dəmir yolu ilə birləşdirmək üçün körpü tikildi. Dünyanın ən böyük hava limanı istifadəyə verildi. Daha sonra da “Kanal İstanbul”un layihə mərhələsi başa çatdırıldı.

Pekin rəhbərliyi çox yaxşı başa düşür ki, Türkiyə olmasa, İpək Yolu layihəsi istənilən səviyyəyə çatdırıla bilməyəcək. İpək Yolunun ən böyük səhmdarı olan Türkiyədə dörd böyük layihə olacaq. Bu, artıq elan edilib. Əlbəttə ki, ilk baxışda “Çinin Türkiyə ilə görüşməsi çox yaxşı bir düşüncədir” şərhləri edilə bilər. Ancaq buna qarşı çıxacaq qədər böyük bir ölkə icması var ki, sayını unutduq. Türkiyə, İpək Yolu layihəsinin həyata keçməsi ilə ildə ən az 100 milyard dollar qazanc əldə edəcək. Bunu hal-hazırkı ixracat rəqəmləri ilə bir yerə gətirin.

Qara dəniz, Egey və Aralıq dənizi ilə birlikdə Türkiyənin də İpək Yolu layihəsi üçün nə qədər önəmli olduğu bilinirdi. Türkiyə Aralıq dənizindəki enerji mənbələrinə nəzarət edərkən, həm də bununla birlikdə Avropa üçün keçid nöqtəsi sayılacaq yerdə dayanır.

Əslində, hər şeyi COVİD-19 ilə düşünməliyik. COVİD-19-da hədəf Çin idi. Bəli, aydın şəkildə görə bildiyimiz kimi, hədəf Çin idi. Ancaq Çin yoxa çıxmadı. Bu gün ən çox Covid-19 ilə mübarizə aparmalı olan ölkə ABŞ-dır. Sistem ABŞ-ı birdən-birə böyük bir problemin içinə atdı.

ABŞ çox yaxşı bilirdi ki, 65 ölkənin heç də hamısı İpək Yolu layihəsində Çinlə eyni yolu getmək istəmir. Çin də bu vəziyyəti fərqindədir. Ancaq bu 65 ölkənin içində Çin üçün ən əhəmiyyətli tərəfdaş da Türkiyədir. Bu səbəbdən də Türkiyə gec və ya tez qazanan ölkə olacaq. Bunu görmək üçün problemləri eyni strategiya qabına toplamaq bəs edir. Bunu etdiyiniz anda yalnız Türkiyə ilə qarşılaşacaqsınız.

Pekin, Vaşinqton, Berlin və London üçün Türkiyə şox önəmlidir. Bu paytaxtlar içində uduzan kim olur olsun, hədəf yenə Türkiyə olacaq. Bu da coğrafi cəlbediciliyin nəticəsidir. Ancaq uduzanların Türkiyəyə zərər vermək şansı yoxdur.

Yeni yaradılan sistem dolları, avronu, ticarəti və enerjini yeni formaya salacaq. Tramp Ərdoğan, Putin və Cinpinqlə eyni tezlikdə görüşə bilir. Ancaq bundan narahat olanlar var. “Der Spiegel”in unudulmaz üz qabığındakı foto da bu mesajı açıq-aydın göstərirdi. Türkiyə həm yeni sistemi görüb, lazımi davranışı göstərən, həm də  Çin ilə birlikdə olmasın deyə xüsusi əməliyyatlara məruz qalan nadir ölkələrdən biridir. 1950-ci illərdə rollar paylanarkən heç bir problem olmadan vəzifəni qəbul edən Türkiyənin yerində indi tamam başqa bir anlayış var.

Türkiyənin göstərdiyi qətiyyət masanı quranları da narahat edir. Kilid ölkənin qapısını açmaq üçün lazım olan açar masa üzərində deyil. Bu, hamının öyrəşdiyi bir vəziyyət deyil. Problem budur. Böyüklər bir-birlərinin qolunu bükə bilmək üçün ilk öncə Türkiyə kartını oynayırlar. Türkiyə də öz oyununu oynayır. Son qərar verilməmişdən öncə maliyyə əməliyyatlarının başlanma səbəbi də budur.  Ən önəmli məsələ Türkiyənin dünya üzərində tutduğu yerdir.

Yeni qurulan partiyaların CHP ilə eyni dam altında hərəkət etmələrinin səbəbi mübadilə məsələləri deyil. Məqsəd Türkiyəni mərkəzlə ittifaqda olduqları ağılla, güclə eyni mərkəzə yerləşdirməkdir. Mübarizə bunun üstündə gedir.  Bilmək olmaz, bəlkə də Türkiyə Çin ilə birlikdə hərəkət etsə, Qərbdə daş üzərində daş qalmayacaq. Bu da masa üzərindəki gedişlərdən biridir. Bütün oyunları və oyunçuları dəyişdirə biləcək həmlədir. Bəs bu həmlə gələ bilərmi?  Gözləyək və görək.  Ancaq mübarizənin əsası budur.

Mənbə
strateq.az
Hamısını Göstər

Related Articles

Back to top button