Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik

G7 İsrailin təhlükəsizliyinə sadiqdir.

Polise.az  xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken G7 ölkələrinin XİN başçılarının İtaliyanın Kapri adasında keçirdiyi görüşdən sonra bildirib.

O qeyd edib ki, G7 İranın İsrailə qarşı misli görünməmiş hücumunu pisləyib:

“Bu, əhatə və miqyasda misli görünməmiş bir şey idi. Əhatəni ona görə deyirəm ki, İrandan İsrailə birbaşa hücum idi. Miqyası vurğulama səbəbim isə balistik raketlər də daxil olmaqla 300-dən çox döyüş sursatının istifadə edilməsidir. Biz İsrailin təhlükəsizliyinə, həmçinin gərginliyi azaltmağa, bu gərginliyi sona çatdırmağa çalışmağa sadiqik”.

A.Blinken deyib ki, tezliklə G7-nin bəyanatında İranı sabitliyi pozan fəaliyyətlərinə görə hesabat vermə öhdəliyi olacaq:

“O, raket və pilotsuz uçuş aparatı imkanlarını aşağı salmaqla hesaba çəkilir”.

Qeyd edək ki, aprelin 13-də İran İsrailə kütləvi raket hücumu edib. İsrail və ABŞ hava hücumundan müdafiə qüvvələri atılan raketləri zərərsizləşdirsə də, İran rəsmiləri qarşılarına qoyduqları məqsədlərə nail olduqlarını bildiriblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button