Blinken Ukraynada səfərdədir
ABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
Polise.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Blinkenin əvvəlcədən “elan olunmamış” səfəri qatarla baş tutub.
Agentlik qeyd edib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkvəzifəli amerikalı məmurun Ukraynaya ilk səfəridir.
“Reuters”in sitat gətirdiyi adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisinə görə, Blinken səfəri zamanı Kiyevin “müdafiəsini gücləndirmək” və “döyüş meydanında təşəbbüsü bərpa etmək” məqsədilə ABŞ-nin silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, daha əvvəl “Politico” ABŞ dövlət katibi Antoni Blinkenin bu həftə Kiyevə səfər etməyi planlaşdırdığını bildirmişdi.
Polise.az