BQXK-yə məxsus on avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb


Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

Polise.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 9 minik avtomobili ərazidən maneəsiz keçib.

Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu humanitar məqsədli bütün avtomobillər və mülki şəxslər üçün açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 118 gündür davam edir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button