Braziliya mətbuatında Ulu Öndərin 100 illik yubileyi barədə məlumatlar yayımlanıb

Braziliyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar yerli KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Polise.az ki, tədbir Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və Heydər Əliyev irsinin Braziliyada tanıdılması məqsədilə təşkil olunub.

Tədbiri açıq elan edən Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Novruz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin və çoxşaxəli irsi barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ən qaranlıq məqamlarında ölkəni necə xilas etdiyini jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, üstün zəkasına və mükəmməl dövlət idarəetməsinə görə Ulu Öndər Heydər Əliyev nəinki postsovet məkanının, bütün dünyanın diqqət mərkəzində olub.

Azərbaycan həqiqətlərinin Braziliyada təbliğ olunması və məlumatlılığın artırılması üçün daim çalışan Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhanın dəstəyi ilə 20 nüfuzlu media orqanının, o cümlədən “TV Globo”, “Jornal O Globo”, “São Paulo Band”, “Poder 360”, “Jovem Pam”, “Brasilia in Foco”, “Embassy News”, “Brazilian News”, “Alo Brasilia”, “Radar digital”, “Portal R10”un təmsilçilərinin tədbirdə iştirakı təmin edilib.

Görüşdə Ulu Öndərə həsr olunmuş videogörüntülər nümayiş etdirilib, onun həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər sərgilənib.

Tədbirdən sonra Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar yerli TV-lərdə süjetlər yayımlanıb, KİV-də məqalələr dərc olunub. Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan tərəfindən Heydər Əliyevin anadan olmasının 100 illiyinə xüsusi veriliş həsr edilib. Verilişdə Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri yerli ictimaiyyətin diqqətinə çatdırılıb, onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan söz açılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button