Britaniya kəşfiyyatı: “Rusiya qüvvələrinin mühasirə cəhdi uğursuzluqla nəticələndi”
“Xersonda kritik dərman çatışmazlığı var, Mariupol isə böyük vəba epidemiyası təhlükəsi ilə üz-üzədir. May ayından tək-tək vəba halları qeydə alınıb”.
Bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında qeyd edilib.
Məlumatda deyilir ki, Mariupolda tibbi xidmətlər artıq kollaps vəziyyətinə yaxındır, vəba epidemiyası isə durumu daha da gərginləşdirəcək.