Britaniya MN: Ukraynadakı Rusiya qüvvələrinin “Qərb” qrupuna yeni komandan təyin ediləcək
Rusiyanın Ukraynadakı qüvvələrinin “Qərb” qoşunları qrupuna yeni komandanın təyinatı gözlənilir.
APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidməti məlumat yayıb.
- Ukraynada raket hücumu ilə bağlı hava həyəcanı siqnalı verilib
- Avropa Şurasının Baş katibi Lavrova məktub göndərib
- Çavuşoğlu Belarusun yeni XİN başçısı ilə telefonla danışıb
Bildirilib ki, general-leytenant Yevgeni Nikiforovun Ukraynadakı qüvvələrin “Qərb” qoşunları qrupunun komandanlığını təhvil alması gözlənilir.
“O, işğaldan sonra birləşmənin dördüncü komandiri olacaq və cəmi üç ay əvvəl təyin edilmiş general-polkovnik Sergey Kuzovlevi əvəz edəcək”, – məlumatda qeyd olunub.
O da bildirilib ki, işğalın ilk həftələrində Rusiya qüvvələrinin “Şərq” qoşunları qrupunun Baş Qərargah rəisi kimi, Nikiforov “Şərq” qrupunun və Hava-Desant Qüvvələrinin şimal-qərbdən Çernobıl ərazisi ilə Kiyevə doğru irəliləmək üçün fəlakətli cəhdinin planlaşdırılmasında iştirak edib.