Britaniya Oman körfəzində İran silahları daşıyan gəmini saxlayıb

Britaniyanın Hərbi Dəniz Qüvvələri ötən ay Oman körfəzinin beynəlxalq sularında İran istehsalı silahları, o cümlədən tank əleyhinə idarə olunan raketləri qaçaqmalçılıq yolu ilə daşıyan gəmini saxlayıb.

Polise.az  xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles bildirib.

Uolles qeyd edib ki, “Lancaster” gəmisinin şəxsi heyətinin iştirakı ilə keçirilən əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə silah daşıyan gəminin saxlanılması, Britaniya Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində davamlı mövcudluğu Böyük Britaniyanın beynəlxalq hüququn qorunması, dünyada təhlükəsizlik və sülhə təhlükə yaradan fəaliyyətlərin dayandırılması üçün üzərinə götürdüyü öhdəliyi dəstəkləyir.

“ABŞ-a məxsus kəşfiyyat təyyarəsi və pilotsuz uçuş aparatı (PUA) İranın cənubunda gecə yüksək sürətlə hərəkət edən gəmini aşkar edib. Gəmi İranın ərazi sularına daxil olmağa çalışsa da, Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları tərəfindən saxlanılıb” – nazir əlavə edib.

Uollesin dediyinə görə, gəmidə, digər sursatlarla yanaşı, həmçinin orta mənzilli ballistik raketlərin yığılması üçün hissələri tapılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button