Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıb

Böyük Britaniya yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırıb”- deyə, məlumatda vurğulanıb.

Qeyd edək ki, 2022-ci ildə Böyük Britaniya Rusiyadan 3,12 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib. Krallıqda istehlak edilən qazın orta illik həcmi təxminən 75 milyard kubmetrdir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button