BŞBPİ: Kərim Süleymanlının polislər tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.

Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

BŞBPİ sözçüsü deyib ki, iddialar həqiqəti əks etdirmir:

“O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb.

İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.


*** 07:26

Kərim Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.

Qeyd edək ki, Yasamal rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları ilə vətəndaşlar arasında yaranan insidentlə əlaqədar, bir gün sonra keçirilən əməliyyatla Kərim Süleymanlı və qardaşı Elvin Süleymanov evlərində saxlanılıblar.

E.Süleymanova 15 sutka inzibati həbs cəzası verilib, K.Süleymanlı isə iyunun 9-da azadlığa buraxılıb. K.Süleymanlı mətbuata müsahibəsində polis əməkdaşları tərəfindən saatlarla döyüldüyünü bildirib.

Kərim Süleymanlı

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button