Bu, ABŞ-ı çökdürə bilər – Nİ

Böyük hərbi münaqişə olarsa, Birləşmiş Ştatların müdafiə sektorunun kifayət qədər maliyyələşdirilməsi ölkəni çökdürə bilər.

Bu barədə “Nəşnl İnterest” nəşri məqalə dərc edib.

Məqalədə bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin vəziyyəti narahatlıq doğurur, çünki hərbi texnikanın əksəriyyəti köhnəlib:

“Hərbi avadanlığın böyük hissəsi 1980-ci və 1990-cı illərdə alınıb. Hərbi Dəniz Donanması 30 ilki halı ilə müqayisədə, demək olar ki, iki dəfə azalıb. Amerikanın rəqibləri isə son 20 il ərzində silahlı qüvvələrə, yeni avadanlıqlara və qabaqcıl texnologiyalara kifayət qədər sərmayə yatırıblar. Əgər, məsələn, Çin və ABŞ Tayvan uğrunda müharibəyə başlasalar və Çin qalib gəlsə, Pekin Birləşmiş Ştatlara dincini alıb, yenidən qruplaşaraq, müharibəyə ikinci dəfə başlamağa razılaşmayacaq. Eyni məsələ ABŞ-ın İranla qarşıdurmasında keçərlidir. Əgər İran İsrailə hücum etsə, vəziyyət gözlədiyimiz kimi olacaq. Rusiya da bu siyahıda var”.

Hamısını Göstər

Related Articles

Back to top button