Bu rayonda intihar hadisəsi baş verib

Ağsu sakini özünü asaraq ölüb.

Polise.az xəbər verir ki, hadisə rayonun Musabəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Qədirov Vaqif Ağası oğlu özünü yaşadığı evdə asaraq intihar edib. Dərhal hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Vaqif Qədirovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Patoloji Anatomoya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, intihar edən şəxsin ruhi xəstə olduğu bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button