“Bu saat ABŞ tarixinin XX əsrin 50-ci illərindəki dövrünə qayıdır…”- Analitik

“Tarix boyu ABŞ bütün dünyaya tarif müharibəsi elan edib və heç vaxt uduzmaylb. Bu “müharibə” Birinci Dünya müharibəsindən başlanıb və bu günə kimi davam edir. Və həmişə ABŞ qalib gəlib. İndi də belə olacaq…”
“ABŞ prezidenti Donald Tramp “tarif müharibəsi”ndə indi 1 milyard dollara qədər itirsə də, tezliklə bu pul ona 10 qatına qayıdacaq. Hazırda ABŞ-da infilyasiya gözlənilir. Aydındır ki, xarici ölkələrin tarifləri qaldırması ilə bağlıdır və xarici mallarla əlaqəlidir. Bunun əvəzini Trampın qoyduğu tariflər on qatına yerinə qoyacaq. ABŞ-da müsbət resessiya baş verir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında “Belə fikirlər səslənir ki, Trampın dünya ölkələrinə qarşı iqtisadi müharibəsi ilk növbədə ABŞ-ın öz iqtisadiyyatını çökürdəcək. Buna münasibətiniz?” sualını cavablandırarkən siyasi analitik Tahir Cəfərli ifadə edib.
“Ukraynada müharibə qızışdıqca Almaniya, Fransa və b. ölkələri ABŞ-ın tarifləri gücdən salacaq. Çin ABŞ-a qarşı mübarizə kimi xammal və şərikli istehsal üçün göndərdiklərini ora göndərməyəcək. Bu da ABŞ-a qarşı ciddi addım kimi görünsə də, Tramp, daha doğrusunu desək, ABŞ iqtisadiyyat institutları və analitik mərkəzləri arxayındır ki, prezident bundan istifadə edib, başqa ölkələrdə olan istehsal sahələrini ABŞ-a qaytaracaq və ölkəsində işsizliyi və yoxsulluğu tamlığı ilə aradan qaldıracaq. Bu saat ABŞ tarixinin ötən əsrin 50-ci illərindəki hakim dövrünə qayıdır. O zaman ABŞ kapitalist ölkəsinin ən çiçəklənən dövrü idi və bütün dünya ondan asılı vəziyyətdə idi”, – deyə davamında həmsöhbətimiz bildirib.
“Trampın planlarına ciddi iqtisadi və siyasi qiymət vermək üçün biz “Onun addımlarının ardınca ABŞ-ı nə gözləyir” sualının cavabını tapmalıyıq… ABŞ-ın yenidən qüdrətli olması üçün ilk növbədə tariflərin qaldırılması həyata keçirilməlidir. Aydındır ki, bütün bunlar Amerikanın geo-siyasi mərkəzləri, iqtisadiyyat institutlarının hazırladığı çox ciddi layihələrin həyata keçirilməsidir. Tarix boyu ABŞ bütün dünyaya tarif müharibəsi elan edib və heç vaxt uduzmaylb. Bu “müharibə” Birinci Dünya müharibəsindən başlanıb və bu günə kimi davam edir. Və həmişə ABŞ qalib gəlib. İndi də belə olacaq. Əgər D.Trampın nyu-proteksionist siyasəti həyata keçməsə, ABŞ deyil bütün dünya dağılar”, -analitik belə deyib.
“Bir az bundan əvvəl Trampın yeni qələbəsi baş verdi Panama faktiki olaraq kanalını ABŞ-a qaytardı. Bu gündən sonra ABŞ-ın bütün gəmiləri Panama kanalından rusum ödəmədən keçəcək. Bu ABŞ-ın büdcəsini milyardlar gətirəcək və tezliklə Panama kanalının idarəçiliyini bu dövlət ələ keçirəcək. Və Amerika Çinin yolunu bağlamaqla ona zərbə endirəcək. Nyu-proteksionizm budur… Bunun ABŞ-a xeyri var, başqa ölkələrə yox”, -deyə T.Cəfərli vurğulayıb.
Polise.az