Bu, Ukrayna üçün ölüm deməkdir – Podolyak

Ukraynanın bu gün Rusiyanın şərtləri ilə sülh müqaviləsi imzalamaqla müharibəni bitirməsi mümkün deyil.

Bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.

O, belə bir müqavilənin nəzəri cəhətdən imzalanmasından sonra da Rusiyanın əraziləri ələ keçirməyə davam edəcəyini vurğulayıb:

“Ona görə də təbii ki, Ukraynanın bu gün Rusiyanın şərtləri ilə sülh müqaviləsi imzalamaqla müharibəni bitirməsi mümkün deyil. Bu o deməkdir ki, biz yaxın gələcəkdə Ukrayna dövlətçiliyinə son qoyacağıq. Yəni bir-iki-üç il və bu halda daha böyük müharibə olacaq”.

Onun fikrincə, istənilən müharibə sülh müqaviləsi və ya müharibənin nəticələrinin hüquqi təsbiti ilə başa çatır.

“Avropa başa düşməlidir ki, Ukrayna 2014-2015-ci il şərtləri ilə razılaşmayacaq, çünki Ukrayna üçün bu, ölüm kimi bir şeydir”, – Podolyak qeyd edib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button