Bütün gücümüzlə Azərbaycanın yanındayıq – Çavuşoğlu

12 iyulda Ermənistan qardaş Azərbaycana hücum etdi. Azərbaycan yalnız deyil, bütün imkanlarımızla yanındayıq, yanında olmağa davam edəcəyik. Qəhrəman qardaşlarımıza Allahdan rəhmət diləyirik.

Bunu Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, Qarabağı işğal edib:

“BMT və ATƏT kimi qurumların qərarlarına baxmayaraq, Ermənistan bu qərarları icra etməyib. Bu qərarlara baxmayaraq, niyə bu problem hələ də həll olunmadı? Çünki səy göstərməyiblər, xüsusən Minsk qrupu üçlüyü səy göstərməyib. Qərarlar, beynəlxalq hüquq çərçivəsində, diplomatiya yolu ilə bu problem həll edilməlidir. Bu hücumdan əvvəl onlara bu problemi xatırlatdıq. Beynəlxalq birlik səmimi səy göstərməlidir”.

M.Çavuşoğlu daha sonra deyib:

“Türkiyə-Azərbaycan “TurkAz” təlimimiz də davam edir. Görəcəyimiz çox iş və çatacağımız çox hədəf var. Biz Azərbaycanda özümüzü evdə hiss edirik, tezliklə sizinlə görüşməkdən şərəf duyacağam”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close