Cəbrayıl polisi 3 kiloqramdan artıq heroin aşkarladı
![](/wp-content/uploads/2020/08/adca003f-6487-4723-aef7-02586ec23ee5-780x470.jpg)
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “polise.az“a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli şəhər sakini N.Fəttahlının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanılaraq Cəbrayıl RPŞ-yə gətirilib. Həmin avtomobildə sərnişin qismində olan K.Məhərrəmovun əl çantasına baxış zamanı oradan 3 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı K.Məhərrəmovun həmin narkotik vasitəni İran vətəndaşı Nadir adlı şəxsin vasitəsilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.