Cənubi Qafqazda Türkiyəyə qarşı şok həmlə: “Bakıdan xəbərdarlıq mesajı…”

“Azərbaycanın Aralıq dənizinin şərqində Yunanıstan qarşısında Türkiyəyə dəstəyi iki ölkə arasındakı hərbi əməkdaşlığı hərbi müttəfiqlik müqaviləsinə apara biləcək bir prosesdir. Dövlət başçısı İlham Əliyevin Yunanıstan səfirinə dedikləri çox ciddi mesajdır”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“İlham Əliyevin Ermənistana silah göndərən Rusiyaya etirazını açıq şəkildə bildirməsi, Yunanıstanın Türkiyəyə qarşı desturuktiv siyasətinə qarşı prinsipial mövqeyi Ankara və Bakı arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Türkiyə Ermənistanın Tovuz təxribatı zamanı eyni mövqedən çıxış etmişdi”, – ekspert bildirib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Yunanıstan son vaxtlar Ermənistanla hərbi əlaqələri inkişaf etdirir:

“Yunanıstan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri İrəvana müntəzəm səfərlər edərək, ikitərəfli əməkdaşlığı müzakirə edirlər. Bu, həm də Yunanıstanın Ermənistan istiqamətində Türkiyəyə qarşı həmləsi deməkdir. Yunanıstan bununla Cənubi Qafqazda nüfuz dairəsini genişləndirmək istəyən Türkiyənin qabağına keçmək istəyir. Lakin Yunanıstanın Ermənistanda uğur qazanacağını düşünmürəm”.

Ekspert hesab edir ki, Ermənistan və Yunanıstan arasındakı hərbi əməkdaşlıq Bakının da nəzərindən qaçmır: “Bu baxımdan, Bakıdan Afinaya verilən bu mesaj xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, Ermənistan-Yunanıstan əlaqələri Bakı-Ankara müttəfiqliyi qarşısında çox zəif görünür”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close