Cəlilabadda 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır

11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimində 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.
Polise.az



