Cəzaçəkmə müəssisəsində tanış olan keçmiş məhkumlar Oğuzda oğurluq ediblər

Oğuz rayonunun Bucaq kəndi ərazisində yerləşən evlərin birindən televizor,
mağazadan tütün məmulatları və pul oğurlanıb, eləcə də bir ünvandan oğurluğa
cəhd olunub. Naməlum şəxslər daha sonra kənd sakininə məxsus “Mercedes”
markalı avtomobili qaçırıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və qısa zaman ərzində
cinayət hadisələrini törədən şəxslərin kimliyi müəyyən olunub. Keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən üç
nəfər, əvvəllər də dəfələrlə eyni əmələ görə məhkum olunmuşlar-Elbrus Həsənov,
Araz Hüseynov və Hümmət Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub
ki, oğurluq məqsədilə Bakı şəhərindən Oğuza gələn dostlar burada niyyətlərini
həyata keçirdikdən sonra “Mercedes” markalı avtomobili qaçıraraq Bakı şəhərinə
gediblər. Onların qaçırdıqları nəqliyyat vasitəsinin yeri paytaxtda müəyyən
olunaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, saxlanılan şəxslər müxtəlif cinayətlər etdikləri üçün əvvəllər
məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan
sonra isə yenidən birlikdə oğurluqlar ediblər.
Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, hər üç şəxsin digər
cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə zəruri
istintaq hərəkətləri davam etdirilir.
Sinxron- Elbrus Həsənov (saxlanılan şəxs )
Sinxron- Hümmət Məmmədov (saxlanılan şəxs )

Hamısını Göstər

Related Articles

Back to top button