Çavuşoğlu ilə Lavrov Qarabağı müzakirə etdilər

Artıq xəbər verdiyimiz kimi, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Antalyada görüş keçirilib.

“TRT Haber” xəbər verir ki, tərəflər arasında müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

O, cümlədən, danışıqlarda Qarabağdakı hazırki vəziyyət də müzakirə olunub.

Danışıqların başa çatmasının ardından XİN rəhbərlərinin birgə mətbuat konfransı keçirilib.

Nazirlər Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, bölgədə iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturunun bərpasının vacib əhəmiyyətini bir daha təsdiqləyiblər.

“Tərəflərin anlaşmasını, həm ermənilər, həm də azərbaycanlıların bölgədə mehriban qonşular kimi yanaşı yaşamasını istəyirik”, – deyə Lavrov bəyan edib.

Rusiyalı nazir həm ölkəsinin, həm də Türkiyənin Bakı ilə İrəvan arasındakı münasibətlərin normallaşması istiqamətindəki səylərini davam etdirəcəyini bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button