Çevik Ekspertlər Qrupundan sülhməramlılarla bağlı bəyanat

Son zamanlar sosial şəbəkələrin erməni seqmentində Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlıları tərəfindən nəzarət olunan ərazilərində, xüsusilə də Xankəndidə uşaq və yeniyetmələrin silahlandırılması, onlara Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri üçün təlimlər keçirilməsi ilə bağlı çoxsaylı faktlar öz əksini tapıb.

Çevik Ekspertlər Qrupu bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir:

“2020-ci ilin sentyabr-noyabr aylarında da uşaqların Ermənistan tərəfindən hərbi təlimlərə və döyüş əməliyyatlarına cəlb edilmələri, bu zaman müxtəlif ağırlıqda bədən xəsarətləri almaları, eləcə də uşaq bağçalarının, məktəblərin hərbi məqsədlərlə istifadə olunmaları ilə  bağlı çoxsaylı faktlar qeydə alınmışdı. 

Biz, Çevik Ekspertlər qrupu olaraq Ermənistan tərəfindən erməni uşaqlarının “vətənpərvərlik” adı altında uşaq əməyinin ən ağır forması olan insan alverinə cəlb edilməsinə goz yuma bilmirik. Uşaqların qanunsuz olaraq hərbi əməliyyatlara cəlb edilməsi, insan alveri ilə mübarizəyə çağıran beynəlxlq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Biz, qoşulduğumuz beynəlxlaq sənədlərin aliliyinə həmişə hormətlə yanaşırıq! Erməni uşaqlarının məcburi əməyə və əməyin istismarına cəlb edilməsi, Azərbaycan Respublikasının suveren ərazisi olan Xankəndi şəhərində  baş verməsi və müvəqqəti olaraq sülhmərəmlılar tərəfindən nəzarət edilən digər ərazilərimizdə azyaşlıların hərbi məqsədli əməliyyatlara cəlb ediməsi. hərbi təlimlərdə istifadə olunmalarına qəti etiraz edirik.

Bildiririk ki, bununla Ermənistan BMT-nin Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsini ( silahlı münaqişələr zamanı uşaq və yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunmasını qadağan edir), “İnsan alverinə qarşı mübarizə haqqında” 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyasının 57-ci maddəsinin 3-cü bəndini (uşaqların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması) və ümumilikdə beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan Respublikasının müvafiq hüquqi-normativ aktlarını kobud şəkildə pozur.

Biz, silahlı münaqişələr və ya münaqişə sonrası uşaqların hərbi əməliyyatlara, hərbi məqsədli hazırlıqlara cəlb edilməsinə, uşaqların  silahlandırılmasına, uşaq əməyinin istismarına son qoymağı tələb edir,  beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün məcburedici addımlar atmağa cağırırıq.

Çevik Ekspertlər Qrupunun üzvləri:

“ Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova
  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
  “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri  Kəmalə Ağazadə 
 “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə
  “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli”

Hamısını Göstər

Related Articles

Back to top button