Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları Şurasında Qərbi azərbaycanlıların qayıdış hüququ məsələsini qaldırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı 1987-1991-ci illərdə Ermənistandan 300 mindən çox azərbaycanlının zorla qovulması, Ermənistan hökumətinin oradakı bütün Azərbaycan toponimlərini dəyişdirməsi və tarixi-mədəni irsini dağıtması barədə məlumat verib.

Polise.az xəbər verir ki, nazir, həmçinin Ermənistanın qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu təmin etməkdən imtina etməsinin insan hüquqları sahəsində beynəlxalq aktların kobud şəkildə pozuntusu olduğunu vurğulayıb.

Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə ali komissarını və BMT-nin bu sahədə digər müvafiq qurumlarını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi ilə məşğul olmağa çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button