Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edir
Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib.
Polise.az xəbər verir ki, bu barədə Çinin Yaponiyadakı səfirliyi məlumat yayıb.
“Bazar günündən etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluqları Yaponiya vətəndaşları üçün Çinə adi vizaların rəsmiləşdirilməsini və verilməsini bərpa edəcək”, – agentliyin açıqlamasında deyilir.
Qeyd edək ki, yanvarın 20-də Çin COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar Çindən gələnlər üçün məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsinə cavab olaraq Yaponiya vətəndaşlarına viza verilməsini dayandırıb.