Çində Yaponiyanın keçmiş baş nazirinin qətli bayram kimi qeyd olunub

Çinli gənclərin bir qismi Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin ölümünü sevinclə qarşılayıb.

Onlar gecə klubunda siyasətçinin görüntüləri fonunda rəqs edərək əyləniblər.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Abenin qətli Çin cəmiyyətində mübahisələrə səbəb olub. Bəziləri Yaponiyanın keçmiş liderinin vəfatı ilə bağlı başsağlığı versələr də, digərləri, o cümlədən də Çin millətçiləri siyasətçinin qətlini müsbət hal kimi qiymətləndiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button