Çindən Rusiya ilə bağlı açıqlama: “Daha da gücləndirəcəyik”
Hurriyyet.az SANA informasiya agentliyinə istinadla xəbər verir ki, ilin ilk günlərində Çindən verilən açıqlamada Rusiya ilə müttəfiqliyinin gücləndiriləcəyi vurğulanıb.
Çinin Xarici İşlər Nazirliyinin mətbuat təmsilçisi Mao Nin Çinin 2023-cü ildə Rusiya strateji əməkdaşlığını gücləndirməyə davam edəcəyini vurğulayıb.
Mao bu gün keçirdiyi mətbuat konfransında deyib: “Çin dövlətinin başçısı Si Cinpin rusiyalı həmkarı Vladimir Putin ilə Rusiya-Çin münasibətləri və ən mühüm beynəlxalq və regional məsələlərdə hər zaman yaxından əməkdaşlıq etməkdədir. Yeni ildə də münasibətlərin davamlı inkişafna kömək eləmək üçün hər iki tərəf bütün səviyyələrdə təmasları gücləndiriləcək”.