Co Bayden ilə Donald Tramp arasında söz dueli gərginləşir

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı bildirib ki, sələfi Donald Trampın 2024-cü ildə Ağ evə namizəd olacağı təqdirdə öz namizədliyini irəli sürə bilər.

Polise.az  CNN telekanalına istinadla xəbər verir ki, bu barədə Co Bayden Demokrat donorların Boston bölgəsində 2024-cü il kampaniyası üçün pul toplama tədbiri zamanı bildirib. O əlavə edib: “Lakin biz ölkə naminə onun (Trampın) qalib gəlməsinə imkan verə bilmərik”.

ABŞ Prezidenti çıxışında bildirib ki, indi demokratiyaya təhdidlər onun Trampa qalib gəldiyi 2020-ci il seçkilərində olduğundan daha çoxdur. O əlavə edib ki, “seçkilərin ədalətli nəticələrini inkar edən bir şəxslə mübarizə aparmalı olacaq”.

Co Bayden vurğulayıb: “Tramp artıq niyyətini gizlətmir. O, sadəcə olaraq aqressiv bəyanatlar verir. Tramp özünün təyin etdiyi məhkəmə tərəfindən adam öldürdüyü faktını belə söyləməkdən qürur duyur, ədalət məhkəməsindən xilas olmaq üçün yenidən seçkilərə qatılır”.

2024-cü il prezident seçkilərində təhlükənin nədən ibarət olduğunu izah edən Bayden bildirib ki, Tramp və onun Respublikaçılardan ibarət komandası Amerika demokratiyasını məhv etməkdə qərarlıdır.

Qeyd edək ki, Donald Tramp şənbə günü Ayova ştatında seçki kampaniyası zamanı çıxış edərək Baydeni “Amerika demokratiyasının məhvedicisi” adlandırıb. O deyib: “Co Bayden Amerika demokratiyasının müdafiəçisi deyil. Co Bayden Amerika demokratiyasını dağıdan şəxsdir. Onun adamları Amerika xəyalını məhv ediblər. Onların vəzifədə olması ilə Amerika arzusu ölüb”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button