Con Kennedinin qardaşı oğlu ABŞ-da prezident seçkilərində iştirak üçün müraciət edib

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi 2024-cü il prezident seçkilərində iştirak etmək üçün müraciət edib.

Polise.az  CNN telekanalına istinadla xəbər verir ki, o, Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün Federal Seçki Komissiyasına sənədlərini təqdim edib.

Kennedi demokratların prezidentliyə qeydə alınmış ikinci namizədidir. Ağ Evin hazırkı rəhbəri Cozef Bayden isə hələlik prezident seçkilərində iştirakını rəsmən açıqlamayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button