COP29-un əsas tədbirinin keçiriləcəyi dəqiq tarix açıqlanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçiriləcək.

Polise.az  xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə həm də Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”dir:

“Biz Azərbaycanın körpü rolu oynadığını görürürk. Yəni inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyük nailiyyətdir. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur”.

M.Babayev həmçinin bildirib ki, əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır.

O, COP29-un komandasının da artıq təsdiqləndiyini vurğulayıb:

“Bu işin aparılmasında həm özəl, həm dövlət, həm də vətəndaş cəmiyyətinin aktiv iştirakı önəmlidir. Bununla bağlı vətəndaşlara çağırış edirik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button