Dəfn mərasimində cərimə olunmalarına baxmayaraq, “üç mərasimi” də təşkil etdilər

Bakıda yas mərasimi təşkil etmək istəyənlər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bir qrup şəxs Suraxanı rayon Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq, iyulun 3-də vəfat edən M.Mustafayev adlı şəxsin “üç mərasimi”ni keçirməyə çalışıb. 

Bu cəhdin də qarşısı 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantin qaydalarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb. 

Qeyd edək ki, iyulun 3-də M.Mustafayevin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınmışdı.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close