Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Züngüləş kənd sakinləri C.Əhədov və E.Eyvazov saxlanılıblar.

Onların Astara rayonunun Züngüləş kəndində dağlıq-meşəlik ərazidə kultivasiya yolu ilə becərdikləri yaş halda çəkisi 55 kiloqram olan 36 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close