“Daima bir şey oğurlamaq istəyən siçovula bənzəyir” – Tanınmış rejissor Paşinyanı təhqir etdi

Tanınmış erməni rejissor-animator David Sahakyants Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanı siçovula bənzədib.

Erməni KİV-ə istinadən xəbər verilir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hər hansı bir cizgi filmi obrazı ilə müqayisə oluna bilsəydi, mən onu daim gözləri qaynayan, özünə məkanda yer tapa bilməyən və daima bir şey oğurlamaq istəyən bir siçovulla müqayisə edərdim”,-deyə Sahakyants qeyd edib.

Onun fikrincə, Paşinyan hakimiyyətdə nə qədər çox qalırsa, bu bənzətməyə bir o qədər də əmin olur. “Bu müqayisə ağlıma gələn ilk şeydir”,-deyə Sahakyants əlavə edib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close