Deputatın şirkəti cərimələndi
“Azərmed” Məhdud Məsuliyyətli Cəmiyyət karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunub.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub və cəza tədbiri görülməsi üçün iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda MMC-nin xüsusi karantin rehimi qaydasını pozması müəyyən olunub və cərimə olunması barədə qətnamə qəbul edilib.
İddia olunur ki, “Azərmed” MMC deputat Kamaləddin Qafarovun ailəsinə məxsusdur.