DİN baş həkimin oğlunun törətdiyi ağır qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 7-də saat 13 radələrində Sabirabad şəhəri ərazisində şəhər sakini K. Nəsirli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Banı Əliyevanı və qızı Hədiyyəni vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button