DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
![](/wp-content/uploads/2024/03/07795b59-96e6-30ab-9efb-90b8eba123ef_850-1-1-780x470.jpg)
Martın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Polise.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 250, o cümlədən borclu şəxs qismində axtarışda olan 207 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
Polise.az