DİN-də yeni təyinat
Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Nazim Əkbərov Masallı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi təyin olunub.
O, bundan əvvəl həmin bölmənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.