DİN-də yeni təyinat

Qubadlı Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub. 

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən polis kapitanı Paşazadə Cavid Vidadi oğlu Qubadlı Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, təyinata qədər Cavid Paşazadə Qubadlı Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.

Hamısını Göstər

Related Articles

Back to top button